Azərbaycanın artıq ikinci dəfədir ki, Kannda silsilə tədbirlər keçirdiyini xatırladan Devid Lisnard ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini, bunun Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşdüyünü söyləyib.
Mehriban Əliyeva isə Azərbaycanın öz mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirib.
Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini deyib.
Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.