Vaxt.Az

Sahibsiz kənd satılır


 

Ərazinin ilkin qiyməti 300 mindir

Sahibsiz kənd satılır İtaliyanın Turin şəhərindən 50 kilometr uzaqlıqda, dağlıq ərazidə yerləşən Kalazio kəndi satışa çıxarılıb. Kəndə 245 min avro (300 min dollar) qiymət qoyulub.


Daşdan və taxtadan tikilmiş cəmi 14 evdən ibarət kənd tamamilə boşalıb və sahibsiz qalıb.

Region rəsmləri ölkədə bir çox kəndlər kimi, Kalazio əhalisinin də XIX əsrin sonlarından etibarən şəhərlərə üz tutduğundan bu yerin tamamilə boşaldığını bildiriblər.

Bu ilin fevralından satışa çıxarılan kənd üçün hələlik alıcı tapılmayıb.

 





10.07.2014    çap et  çap et