Vaxt.Az
Orqan mafiyasına zərbə
İnsan orqanlarının alverinə qarşı yeni konvensiya
Avropa Şurası Nazirlər Şurası iyulun 9-da insan orqanlarının alverinə qarşı yeni konvensiya qəbul edib. Beynəlxalq konvensiyanın əsas məqsədi insan orqanı alverinin kriminallaşdırılması, bu alverin qurbanlarının qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Konvensiya tezliklə Avropa Şurasının üzv və qeyri-üzv dövlətlərinin imzalanmasına veriləcək. Bu ilin sonu, gələn ilin əvvəllərində isə imza mərasimi İspaniyada baş tutacaq.
10.07.2014
çap et