Məqalədə görüşün Kannda ikinci dəfə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutduğu, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin dilbər guşəsi olan Qəbələ ilə Kann şəhərinin qardaşlaşması təklifini irəli sürdüyü diqqətə çatdırılmış, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı üçün Kannın münasib yer olduğu bildirilib.
Məqalədə «Bakı-Avropa Oyunları - 2015»in təqdimatı zamanı Mehriban Əliyevanın Kann şəhəri tərəfindən ikinci dəfə qonaqpərvərliklə qarşılanması fikrinə istinad edilmiş, şəhərin merinin qardaşlaşmaya dair Azərbaycanın birinci xanımının təklifini böyük məmnunluq hissi ilə qəbul etdiyi və tezliklə müvafiq protokol sənədlərinin hazırlanmasının vacibliyinə dair fikirləri yer alıb.