Vaxt.Az

«Mixaylo»nun oğlu rəis göndərildi


 

Murad Hüseynovun valideynləri Qarabağ uğrunda şəhid olub

«Mixaylo»nun oğlu rəis göndərildi Xəbər verdiyimiz kimi, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsin rəis müavini Murad Hüseynov daxili işlər naziri Ramil Usubovun əmri ilə elə həmin rayonun 26-cı polis bölməsinin rəisi təyin olunub.

Milli.az xəbər verir ki, M.Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə canını qurban vermiş Milli Qəhrəman Tofiq Hüseynovun oğludur. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib.

O, 1991-ci ildə Xocalı özünümüdafiə taborunun komandiri olub, «Mixaylo» ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub.

 





10.07.2014    çap et  çap et