Vaxt.Az

Apardı sellər Braziliyanı


 

Mundialda uduzmağı faciə hesab edənlər təbii fəlakətlə qarşılaşdı

Apardı sellər Braziliyanı Futbol üzrə dünya çempionatının keçirildiyi ölkə sel fəlakəti ilə üz-üzə qalıb. «ANS Press»in məlumatına görə, DÇ-də ölkəsinin almanlara biabırçı məğlubiyyətindən məyus olan braziliyalılar daha bir faciə ilə qarşılaşıblar. Belə ki, ölkənin cənubundakı Rio Grande do Sul ştatında güclü leysan yağışlarının yağması sel fəlakətinə səbəb olub.


Təhlükədən insanların zərər görməməsi üçün 18 min adam təxliyyə edilib.

Ştatdakı minlərlə ev və iş yeri sular altında qalıb, 124 şəhərdə fövqəladə vəziyyət elan edilib və hökumətin seldən zərər çəkən bölgələrə pul köməyi edəcəyi açıqlanıb.

Təxliyə edilənlər isə idman salonlarında, məktəblərdə və digər ictimai binalarda yerləşdiriliblər.

 





11.07.2014    çap et  çap et