Vaxt.Az

Ümid TTİP-ə qalıb


 

Aİ-nin Rusiya qazından asılılığı azaltmaq üçün tək yolu var

Ümid TTİP-ə qalıb Avropa İttifaqı (Aİ) Ukrayna böhranına görə Rusiya təbii qazından asılılığını azaltmağa çalışır. Aİ bu məqsədlə Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) üzrə danışıqlarda ABŞ-ın xam neft ixracına qadağanı ləğv etməsini tələb edəcək. Bu barədə «EurActiv» xəbər portalı məlumat verir. «Washington Post» qəzeti strateji sənədə istinadən iyulun 8-də məlumat yayıb. Məlumata görə, Aİ vasitəçiləri də təbii qaz təchizatlarına çıxış əldə etməyə çalışırlar.

Qeyd edək ki, ABŞ dünyanın 3-cü ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistandan neft idxal edir. Ərəb neftinə embarqo qoyulacağı təqdirdə, ehtiyatlarının kifayət etməsi üçün o, 1975-ci ildən xam neft ixracına qadağa qoyub. Neft ixrac edən ölkələr birliyi (OPEC) 1973-cü ildə ABŞ-da qiymətləri artırmaqla ilk embarqoya başlayıb. 2000-ci ilin ortalarında ABŞ «frekinq» üsulunu geniş tətbiq etməklə, böyük miqdarda neft və qaz hasil etməyə başlayıb.

«Ukraynadakı hazırkı böhran Aİ-nin enerji asılılığının həssas bir məsələ olduğunu təsdiqləyir», - 27 may tarixli sənəddə deyilir.

Həmin sənəd bu ay ziddiyyətli və müxtəlif sahələri əhatə edən azad ticarət sazişi ilə bağlı müzakirələrin aparılacağı ərəfədə yayılıb. Danışıqlar uğurlu olsa, bu, dünya üzrə ÜDM-nin 40 faizinə, dünya ticarətinə və xarici birbaşa investisiyalara öz təsirini göstərəcək.

Krımın anneksasiyası ilə yaranan Ukrayna böhranı, Qərbin Rusiyaya qarşı sanksiyaları Aİ-nin Rusiyadan enerji asılılığını artırıb.

Aİ neftin 42 faizini sabiq «Sovet İttifaqı»ndan idxal edir. Aİ təbii qaz idxalının üçdə birini Rusiyadan alır, bunun yarısı isə Ukrayna vasitəsilə nəql olunur. Aİ-nin ən nüfuzlu ölkəsi olan Almaniya da neftin yarısını sabiq Sovet ölkələrindən alır. Almaniya 2022-ci ilədək nüvə enerjisini tədricən azaltmaq istəyir.

Ukrayna Rusiya təbii qazından asılıdır. Rusiya isə bundan siyasi məqsədlə istifadə edir. Xatırladaq ki, İyun ayında Rusiyanın «Qazprom» şirkəti ödənilməyən borclara görə Ukraynaya təchizatı dayandırıb.

Aİ təbii qaz və neftin ixracı üçün ABŞ-ın «hüquqi məcburi öhdəlik» götürməsini tələb edəcək. «Washington Post» qəzetinin yazdığına görə, ekologiya tərəfdarları bundan hiddətləniblər.

 

NÖVBƏTİ ADDIMLAR:

 

İyulun ortası: «TTİP» üzrə 6-cı danışıqlar.

2014-cü ilin sonu: «TTİP» danışıqları sona çatır.

 





11.07.2014    çap et  çap et