Vaxt.Az

İtaliya mətbuatı Azərbaycandan yazdı


 

Müəllif Flavio Boffi İlham Əliyevin Yunanıstan səfərinin detallarını təhlil edib

İtaliya mətbuatı Azərbaycandan yazdı İtaliyanın «East journal» onlayn jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Yunanıstana səfəri ilə bağlı məqalə yerləşdirilib. Məqalədə vurğulanır ki, Azərbaycan qazını Avropaya daşıyacaq «Trans-Adriatik Pipeline» (TAP) boru kəmərinin keçdiyi ölkələrdən biri olan Yunanıstanda son illərdə müşahidə edilən iqtisadi durğunluq yeni tərəfdaşlarla əlaqələri genişləndirmək zərurəti yaradır.

Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana səfəri çərçivəsində bir sıra sazişlər imzalanıb. Bu sırada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın qazpaylayıcı sistemi olan «DESFA» şirkətinə məxsus səhmlərin 66 faizini alması ilə bağlı sənəd xüsusi yer tutur.

Müəllif cari ilin mayında Yunanıstanın Baş naziri Antonis Samarasın Azərbaycana səfərini xatırladaraq vurğulayır ki, bu səfər TAP layihəsinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edib. TAP-ın reallaşması çərçivəsində bütün tərəflər üçün davamlı tərəfdaşlıq əlaqələri qurmaq və iqtisadi müttəfiqlik münasibətlərini genişləndirmək imkanı yaranıb.

 





11.07.2014    çap et  çap et