Vaxt.Az

Nazir rəisləri topladı


 

Ramil Usubov DİN-də geniş kollegiya iclası başlayıb

Nazir rəisləri topladı Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. APA-nın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.


***


Xatırladaq ki, dünən Bakıda xidmətində ciddi nöqsanlara yol verdiyinə görə 14 yol polisi əməkdaşı daxili işlər orqanlarından qovulub. 

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən «Trend»ə bildiriblər ki, 2014-cü il, yanvar ayının 1-dən iyul ayının 1-dək DİN Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin 14 əməkdaşı xidmətdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib, 6 nəfər sıravi əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, daha 2 nəfər öz istəyi ilə işdən çıxıb, 5 nəfər isə yaş həddinə görə təqaüdə göndərilib. 

Bununla yanaşı  Bakı Şəhər DYP İdarəsinin 87 əməkdaşı xidmətini nümunəvi qaydada yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülüb.

 





11.07.2014    çap et  çap et