Vaxt.Az

Avropa «ASAN» aşiqidir


 

TEAS Londonda «ASAN xidmət» müzakirələri təşkil edib

Avropa «ASAN» aşiqidir Londonda Avropa Azərbaycan Cəmiyyətinin (The European Azerbaijan Society - (TEAS)), həmçinin «Total Politiks» qəzetinin və deputat Bob Blakmanın təşkilatçılığı ilə görüş təşkil edilib.

Görüşdə çıxış edən ASAN Xidmətinin nümayəndələri bu layihənin ölkədə uğurla həyata keçirilməsini qeyd ediblər. Bu barədə www.prweb.com saytı məlumat yayıb. 

Müzakirələrdə bildirilib ki, ASAN layihəsi özünü tam doğruldub və gələn ilin sonuna qədər bütün Azərbaycanı əhatə edəcək. Həmçinin «ASAN Xidmət» 2 konsepsiyanın üzərində iş getdiyi də bildirilib.

Görüşdə çıxış edən Böyük Britaniya Parlamentinin nümayəndəsi Kristofer Pinçer ASAN Xidmət layihəsini uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, Bakıya səfəri zamanı ASAN Xidmətinin fəaliyyəti ilə birbaşa tanış olub. Bu layihə korrupsiya hallarının qarşısını alır. Bu modelin digər ölkələrdə də tətbiq olunmasının arzu etdiyini bildirib (azvision.az).

 





11.07.2014    çap et  çap et