Təlimlərdə həmçinin «Navodçik-2», «Forpost», «Orlan-10» və «Zastava» uçan pilotsuz aparatlarından da istifadə edilir.
Genişmiqyaslı taktiki təlimlərdə hərbi maşın karvanlarının müəyyən edilmiş istiqamət üzrə hərəkətinin düzgün yerinə yetirilməsi, hərbçilərin tapşırıqları yerinə yetirməsi, pilotsuz təyyarələrin uçuş və eniş, hədəfi dəqiq müəyyən etməsi yoxlanılır.
İyulun 12-dək davam edəcək təlimlər Rusiya-Ermənistan arasında imzalanmış kollektiv təhlükəsizliklə bağlı saziş çərçivəsində keçirilir.