Ermənistan silahlı qüvvələrinə əsir düşən Tərtərin Qapanlı kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunun böyük qardaşı İlham Quliyev Teleqraf.com-a bildirib ki, onun əsir düşməsindən xəbərsizdir.
Sumqayıtda yaşayan İ.Quliyev qardaşının hərbçi olmadığını deyib: «O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq». İ.Quliyev həmçinin bildirib ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var: «İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur. O, Qarabağa tək getmirdi».
çap et