«Sovet İttifaqı rəhbərliyi tərəfindən bir təhlükə kimi qiymətləndirilən ahıska türkləri, 14 noyabr 1944-cü ildə Stalinin əmriylə öz vətənləri olan Gürcüstanın Ahıska bölgəsindən çıxarıldılar. Onlar Özbəkistan başda olmaqla, Qazaxıstan, Azərbaycan və Qırğızıstan kimi ölkələrə köçüblər. Özbəkistanın Fərqanə vadisində baş verən məlum hadisələrdən sonra 100 minə yaxın Ahıska türkü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynaya köçmək məcburiyyətində qaldılar.
Bu gün müxtəlif bölgələrdə 500 minə yaxın ahıska türkü yaşayır. ABŞ-da isə 20 minə yaxın ahıska türkü yaşayır».