Vaxt.Az

Nəqliyyatda bahalaşma


 

Yukdaşımada qiymət qalxıb

Nəqliyyatda bahalaşma 2014-cü ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 5,1 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 2,0 faiz bahalaşma müşahidə olunub. (lent.az)

MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 12,9 faiz bahalaşıb. Lakin dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 1 faiz ucuzlaşıb. 

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 2,9 faiz bahalaşma müşahidə olunub.

 





12.07.2014    çap et  çap et