Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bu yaxınlarda Türkiyədəki otellərdən birində baş verib. Belə ki, icra başçısı Ə.Abıyev oğlunu gözünün müalicə olunması üçün Türkiyəyə aparıb. İcra başçısının oğlu isə Türkiyədə qaldıqları otelin 9-cu mərtəbəsindən yıxılıb, ciddi xəsarət alıb.