Fövqəladə Hallar Nazirliyi (FHN) saytının verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, «BMW» markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:12-də başa çatıb.