Latın Amerika səfərində olan Rusiya prezidenti Vladimir Putin Argentina prezidenti Kristina Fernandez ilə görüşüb. Onlar nüvə enerjisi ilə bağlı bir sıra sazişlər imzalayıblar. Bu barədə Hafta.az bbc.com-a istinadən xəbər verir.Razılaşmaya əsasən Rusiyanın atom enerji korporasiyası olan Rosatom Argentinanın Atucha korporasiyası üçün 3 stansiya tikintisinə cəlb olunacaq.
Putin Futbol üzrə Dünya Çempionatının bazar günü keçiriləcək final oyununa baxmaq üçün Braziliyaya gedəcək. Növbəti Dünya Çempionatı isə 2018-ci ildə Rusiyada keçiriləcək.
Qeyd edək ki, Putinin Latın Amerikaya səfəri Kubadan başlayıb. Daha sonra Nikaraquaya gedən Putin bura səfər edən ilk Rusiya prezidenti oldu. O, Kuba mediasına açıqlamasında deyib:
«Latın Amerikayla əməkdaşlıq Rusiyanın xarici siyasəti üçün əsas və perspektivli istiqamətlərindən biridir».
Dünya mediası yazır ki, Ukrayna hadisələrinə görə ABŞ-la münasibətləri korlanan Rusiya bu regionla əlaqələrini gücləndirməyə başlayıb.
çap et