Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxta isə Almanlar fərqlənərək görüşdən qalib ayrılıblar – 1:0. Beləliklə, Yoahim Lövün komandası DÇ-2014-ün qalibi olub.
Almaniya çempion olmaqla həm də Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşüb.
Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.
Almanlar buna qədər 3 dəfə dünya çempionu adını qazanıb.
«DÇ-2014»ün finalı
13 iyul
00:00. Almaniya - Argentina
Baş hakim: Nikola Ritsoli (İtaliya)
«Marakana» stadionu. Rio de Janeyro
Oyunun göstəriciləri:
Göstəricilər |
Almaniya |
Argentina |
Oyun sistemi |
4-1-2-3 |
4-4-1-1 |
Baş məşqçi |
Yoahim Löv |
Alexandro Sabelya |
Hesab |
1 |
0 |
Qol (dəq.) |
Mario Götze (113) |
|
Zərbə |
9 |
9 |
Dəqiq zərbə |
5 |
0 |
Topla oyun (faizlə) |
62 |
38 |
Küncdən zərbə |
5 |
3 |
Ofsayd |
3 |
2 |
Qayda pozuntusu |
20 |
16 |
Sarı kart |
2 |
2 |
Qırmızı kart |
0 |
0 |
Cəzalananlar (dəq.) |
Bastian Şvaynştayger (29) Benedikt Hovedes (34) |
Xavyer Maskerano (64) Sergio Aquero (65) |
«Braziliyada dünya çempionu olmaq qürurvericidir»
Almaniya milli komandasının baş məşqçisi
Yoahim Löv DÇ-2014-ün finalında Argentina üzərində qələbədən (1:0) sonra
çempionluqlarını şərh edib.
Təcrübəli mütəxəssis komandasının uğurlu çıxışını kollektiv oyun və
formalaşmış heyətlə əlaqələndirib:
«Biz 55 gün idi ki, futbolçularla bir yerdə çalışırdıq. Bu vaxt ərzində çox
gərgin işləmişik. Ancaq heyətmiz hələ 10 il bundan qabaq qurulduğu üçün
üzərimizə böyük yük düşmədi. Yurgen Klinsmannın baş məşqçiliyi dövründə Filip
Lam, Bastian Şvaynştayger, Miraslav Kloze, Lukas Padolski kimi futbolçular
milliyə cəlb olunub. Uzun müddətdir ki, həmin futbolçularla uğura doğru
addımlayırıq. Nəhayət bu gün istəyimizə nail olduq. Bu futbolçulara
təşəkkür edirəm ki, onların sayəsində Cənubi Amerikada keçirilən mundiallarda
çempion olan ilk Avropa komandası olduq. Təbii ki, Braziliyada, «Marakana»da
çempion olmaq qürurvericidir».
«Komandamla fəxr edirəm»
«Bizim bu final oyunundan
gözləntilərimiz çox idi. Çox istərdik ki, qalib gələk. Əlbəttə ki, məğlubiyyətə
görə çox məyusam».
Bu sözləri Argentina millisinin baş məşçisi Alexandro Sabelya DÇ-2014-ün
finalında Almaniyaya uduzduqları oyundan (0:1) sonra FİFA-nın rəsmi saytına
açıqlamasında deyib.
Təcrübəli mütəxəssis məğlub olsalar da, rəqibdən geri qalmadıqları və
komandasının mükəmməl oyun sərgilədiyini bildirib: «Futbolçularımdan
çox razıyam. Onlar necə lazım idisə elə oynadılar. Meydanda əla komada
olduqlarını isbat etdilər. Futbolçularımla fəxr edirəm. Komandamı gözəl oyuna
görə təbrik etmək olar. Həmçinin çempionluq münasibəti ilə Almaniya millisini
təbrik edirəm».
Rekord qırılmadı
Finalda baş tutan Almaniya – Argentina
matçında qapılara iki qol vurulsaydı, 1998-ci ildə Fransada keçirilən mundialın
rekordu yenilənəcəkdi və DÇ-2014 mundiallar tarixindəki ən çox qol vurulan
çempionat olacaqdı.
Qeyd edək ki, DÇ-1998-də 171 qol vurulub. Bu gün keçirilən final oyununda
isə Almaniya millisinin futbolçusu Mario Götze bir dəfə fərqlənib ki, bu da
DÇ-2014-ün 171-ci və sonuncu qolu olub. Bununla da DÇ-1998-in rekordu
təkrarlanıb.
***
Finalın ən yaxşısı bəlli olub.
FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Almaniya millisinin
yarımmüdafiəçisi Mario Götze matçın ən yaxşısı seçilib.
O, görüşdə vurulan yeganə qolun müəllifi olub. Onun qolu sayəsində komandası
dünya çempionu adını qazanıb.
***
Ən yaxşıdan söz düşmüşkən, DÇ-2014-ün də
ən yaxşı oyunçusu da bəlli olub.
Mudialın gümüş mükafatçısı Argentina millisinin kapitanı Lionel
Messi turnirin ən yaxşısı adını qazanıb.
Final oyunundan sonra «Qızıl top» mükafatı Messiyə təqdim olunub.
DÇ-2014-ün bütün oyunlarında meydanda olan hücumçu 4 qol və bir məhsuldar
ötürmə ilə yadda qalıb.
***
Mundialın bombardiri bəlli olub. «El Mundo» bildirir ki, bu, Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodrigesdir. Xames 5 matçda 6 qol vurub. Alman Tomas Mülllerin hesabında 5 qol var. Müller DÇ-2010-da da 5 qol vurmuşdu.
***
DÇ-2014-ün ən yaxşı qapıçısının da adı açıqlanıb.
Bu, mundialın qızıl medallarını qazanan Almaniya millisinin qapıçısı Manuel
Noyerdir.
Təcrübəli qapıçı çempionat ərzində qapısından cəmi dörd qol buraxıb.
***
Fransa millisiinin yarımmüdafiəçisi Poul Poqba mundialın ən yaxşı gənc futbolçusu seçilib. Çempionatda bir qol vuran 21 yaşlı futbolçu baxımlı oyunu ilə yadda qalıb.
Bu nominasiyaya digər namizədlər isə Mempis Depay (Hollandiya) və Rafael Varan (Fransa) idi.