Musiqi insan ruhunun mənəvi qidasıdır. Bu qidadan ruh aldıqca fikirlər də yetkinləşir. Daha yaxşı yazırsan, eynən düşünürsən. Məsələn, yazı masası, kompüterin arxasında, bir qədəh qırmızı «Bordo» və ciddi-cəhdlə roman yazırsan. Radio açıq: Oqtay Ağayev «Ötən günlər» oxuyur. Aparıcı musiqini dəyişir, bu dəfə «əjdaha» Nadir «Maral, maral» qışqırır. Təsəvvür edin, «Ötən günlər»dən keçib, avtomatik olaraq Rusiyanın tayqa meşələrində Nadirin iribuynuzlu maralı ilə öpüşürsən.
Üzeyirə qayıdaq. Üzeyir mənim üçün Drayzerin «Amerika faciəsi»ndəki Klayd Qrifits obrazıdır. Əsərdə kasıb ailədə dünyaya gələn Klayd pul qazanmağın və şöhrət olmağın yollarını axtarır. Həmişə cəmiyyətin aristokratik zümrəsinə daxil olmaq üçün can atır, bahalı mehmanxana, restoran və paltar vitrinləri qarşısında xəyallar qurur. Atası Eysa Qrifitslər ailəsinin ən yoxsul üzvüdür, dindardır, cəmiyyət arasında əxlaqlı insan kimi tanınır. Lakin ailəsinin həddindən artıq kasıb olması Klaydı bezdirir. O, arzularını gerçəkləşdirmək üçün Çikaqoda nəhəng korporasiya sahibi olan əmisi Samuel Qrifitsin yanına gəlir. Burada müəyyən mövqe tutsa da, bütün səylərinə baxmayaraq Klayd əsərin sonunda korporasiya sahibi ola bilmir. Məsələn, Üzeyirə qulaq asarkən təxmin belə etmədiyiniz bir vaxt bir də görürsünüz ki, əlində «lezva» ikinci Nəsimi olursan.
Müğənni Mətanət Əsədova tədbirlərin birindən çıxarkən jurnalistlərin kameralarına tuş gəlib. Mətanət xanım «rezki» qayıdıb deyib ki, avtomobili ona hədiyyə ediblər. Bu məsələ, məncə, heç kəsi maraqlandırmır.
Afaq Aslan Günel Məhərrəmovaya deyib ki, gedib qabyuyan işləsin.
Gecəyarısı oturub Rəhim Rəhimlinin sırğa taxmasını düşünərkən zəngli saat səsi çıxarmaq da çox mənasız işdir. Əslində bu vaxt tam əminliklə Rəhimlə eyni hissləri istehlak edirsən.
Yaxşı bilirəm ki, iki əhəmiyyətli faktor adamın ruhunu korlayır: Konçita və Samiraldo. Bu tələlərdən alnının ağı ilə çıxmaq çətin məsələdir. Bunlar qədər məni çaşdıran üçüncü qüvvə yoxdur. Əslində Samiraldo və Konçitanın termodinamika qanunu Azisə əsaslanır.
Məsələn, Rəqsanənin qışqırıqlarına adamın bütün hüceyrələri ağızlarını ayırır. Az qala dil açıb yalvarırlar: «Qadan ürəyimə, baxmaaa!»
Düz üç gündür, Xudakərim arvadına yalvarır ki, «bir də sənə əl qaldırsam, ata-babama lənət!» Üç gün bundan qabaq o, arvadı Limonu döydüyü üçün evdə qalmış baldızı Firduz qapıda özünü «lezva»layır. Heç yadımdan çıxmır, Firduz boğazını hinduşka kimi yuxarı dartıb, başını ziqzaqvari şəkildə sağa-sola aparıb, qollarını qovzayıb dinozavr refleksilə ağzını ayırıb kişinin üstünə elə qışqırdı ki, Xudakərimin rəngi-avazı payız yarpağı kimi saraldı. Hulqumu armud saplağına oxşayan boğazının yuxarısında itdi.
Bura qədər bəsdir. Söz istehsalatı da azalıb. Yəqin, konqres sanksiya tətbiq edib. Gedim yatım.
Bütün bu hadisələrdən sonra onsuz da
adamın kimyəvi tərkibi dəyişir.
«Kstati... Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto
xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə
vot makraşka davay. Yes adin xaroşi müsəlmanski misal. Qavarit ki, eşşey, eşşey,
atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey
davay» («Ac Həriflər»). (Milli.az)