Vaxt.Az

Argentinada iğtişaşlar


 

Final məğlubiyyəti fanatların əsəblərini pozdu

Argentinada iğtişaşlar Futbol üzrə 20-ci Dünya Çempionatının final görüşündə Argentinanın almanlara məğlub olması bu ölkədə kütləvi iğtişaşlara səbəb olub. Adalet.az-ın məlumatına görə, on minlərlə azarkeş Buenos-Ayresin küçələrinə çıxaraq komandalarının çempionatda uğurlu iştirakını və komandanın kapitanı Lionel Messinin turnirin ən yaxşı oyunçusu seçilməsini qeyd ediblər.

Məğlubiyyətlə barışa bilməyən bəzi azarkeşlər isə ölkənin bəzi şəhərlərində, xüsusən də Buenos-Ayresdə kütləvi iğtişaşlar törədiblər. Fanatlar asayişi qoruyan polis əməkdaşlarına müxtəlif cür əşyalar atmağa başlayıblar. Məcburiyyət qarşısında qalan polis aksiyanı dağıtmaq üçün rezin güllələrdən, gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər.

Hadisə zamanı 8 polis yaralanıb, 40 azarkeş isə saxlanılıb.

İğtişaşlar zamanı şəhərin mərkəz hissəsində yerləşən ictimai-iaşə obyektləri və dövlət müəssisələrinin pəncərələri sındırılıb, küçə infrastrukturuna ziyan vurulub.

 





14.07.2014    çap et  çap et