Vaxt.Az

«Açıq və dürüst danışmaq lazımdır»


 

Baş nazir Britaniyanı sərt tənqid etdi

«Açıq və dürüst danışmaq lazımdır» Britaniyanın «4 Channel» kanalına müsahibə verən Finlandiyanın yeni baş naziri Aleksander Stubb Britaniyadakı Avropa debatının qeyri-sivil olduğunu bildirib.»Birləşmiş Krallıq dünyanın ən sivil ölkələrindəndir. Ancaq Britaniyadakı Avropa debatı çox qeyri-sivildir», - deyə baş nazir əlavə edib. O, miqrantlarla bağlı debatın səhv istiqamətdə getməsindən, debatın Naycl Faraaj tərəfindən dominasiya olunmasından gileylənib.

«Miqrantlar çoxdur və onlar düzgün ingiliscə xidmət göstərə bilmirlər. Amma onlar sizin sosial müdafiə sisteminizə töhvə verirlər. Mövcud olmayan direktivlər və reqlamentlər barədə müzakirələr gedir və bütün günahı da Aİ-nin üzərinə yıxırlar», - Stubb vurğulayıb. 

Stubb Aİ-nin Britaniyada hökm sürən imicini tanıya bilmədiyini deyib. «Aİ barədə açıq və dürüst danışmaq lazımdır. Aİ iqtisadi alətləri olan siyasi layihədir. Bu, super dövlət deyil və heç vaxt da super dövlət olmayacaq. Britaniyanın Aİ-yə, Ai-nin isə Britaniyaya ehtiyacı var», - baş nazir qeyd edib.

 





14.07.2014    çap et  çap et