Vaxt.Az

«Hələ ki, gözləyirik»


 

Firudin Cəlilov əməliyyat olunur

«Hələ ki, gözləyirik» Firudin Cəlilov əməliyyat edilir. Artıq üç saatdır başlanan əməliyyatın nə vaxt başa çatacağı bəlli deyil. Bu sözləri Publika.az-a açıqlamasında F.Cəlilovun həyat yoldaşı Fəridə xanım deyib.

«Əməliyyatın gedişatı barədə məlumat verilməyib. Hələ ki, gözləyirik.  Firudin müəllimin beyin arteriyaları, ağciyərləri də zədəli olduğuna  görə, əməliyyata hazırlayırdılar. Bir həftədən sonra nisbətən hazır olduğu qənaətinə gəliblər. Tam hazır olmasa da, əməliyyat vacib idi. Əməliyyatdan sonra da bir müddət Türkiyədə müalicə almalıdır».

Xatırladaq ki, keçmiş təhsil naziri  Firudin Cəlilov 20 ildir ürək xəstəliyindən əziyyət çəkir. Son vaxtlar vəziyyəti ağırlaşdığı üçün dövlətin köməkliyi ilə Türkiyəyə göndərilib.

 





14.07.2014    çap et  çap et