Onun sözlərinə görə, Rusiya Ermənistana kömək edir, amma bu, Azərbaycana qarşı yönəldilməyib: «Rusiya Ermənistanla da, Azərbaycanla da müxtəlif səviyyələrdə əlaqələr qurub. Vəziyyəti dramatikləşdirmək lazım deyil. Digər tərəfdən, Ermənistan Avrasiya İttifaqına nə qədər çox yaxınlaşsa, Ermənistan-Rusiya münasibətləri bir o qədər möhkəmlənəcək. Əminəm ki, çox şey İrəvandan asılıdır. Hesab edirəm ki, payıza qədər Ermənistan Avrasiya İttifaqına qoşulacaq. Lakin burda ləngimə İrəvanın özünə bağlı məsələdir».