Vaxt.Az

«8 mindən çox uşaqbaz keşiş var»


 

Papadan şok açıqlama: «Kilsə iyrəncliyə tutulub»

«8 mindən çox uşaqbaz keşiş var» «Məndə olan dəqiq məlumatlara görə, hər 50 katolik keşişdən biri uşaqbazdır. Əfsuslar olsun ki, kilsə uşaqbazlıq iyrəncliyinə tutulub».

«Qafqazinfo»ya xəbər verir ki, Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması «bomba partlayışı» effekti yaradıb. Açıqlamanı «European»a istinadən Milli.Az saytı yayıb. İtaliyanın «La Repubblica» qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb. 

«Müşavirlərimin dediklərinə görə, keşişlərin 2 faizi uşaqbazdır. Bu bəlaya qarşı bacardığım qədər sərt mübarizə aparacağam. Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur», - Roma Papası deyib.

1-ci Fransiskin sözlərindən belə çıxır ki, hazırda katolik kilsəsində ən azı 8 min uşaqbaz, əxlaqsız keşiş var.

 





14.07.2014    çap et  çap et