Vaxt.Az

90-cı il çempionluğu ilə builkinin fərqi


 

Futboldakı qələbə Almaniyanın qlobal liderliyinin rəmzidir

90-cı il çempionluğu ilə builkinin fərqi «New York Times» qəzeti yazır ki, almanlar futbol üzrə Dünya Kubokundakı qələbəni «qlobal qadirlik rəmzi» kimi görürlər. Onların fikrincə, Almaniyanın Avropa lideri olması hamıya bəllidir, ancaq bu qələbə Almaniyanın dünya lideri olduğunu göstərdi.

Axırıncı dəfə Almaniya  Dünya Kubokunu 1990-cı ildə almışdı. O vaxtkı qələbə də Almaniyada rəmz kimi qarşılandı. O qələbə birləşmiş Almaniyanın gücünün simvolu oldu. Bu, almanlara və dünyaya vahid Almaniyanın insanların rifahında və ölkənin iqtisadi inkişafında gələcək uğurları göstərdi.

Bəs indiki qələbə nə deməkdir?

Bu sualı qəzet Berlində qələbəni bayram edən sıravi almanlara verib. Nitsşe soyadlı Berlin sakini bir anlığa fikirləşib cavab verir ki, «İqtisadiyyat yüksələcək. Çünki insanların əhvalı əladır».

Qəzet onu da yazır ki, indiki Almaniya yığması və onun uğuru Almaniya cəmiyyətindəki müsbət dəyişiklikləri, o cümlədən məsələn tolerantlığı da əks etdirir. Qəzetin ifadəsi ilə deyilsə, 1990-cı ilin yığmasında bütün oyunçular «ağlar» idi, indi isə əsli qanalı olan qaradərili Boatenq var. Və yaxud əsli Tunisdən olan Sami Kedira var...

 





14.07.2014    çap et  çap et