Vaxt.Az
Sənə yar, səndən yar...
Yanukoviç Avropa Məhkəməsinə şikayət etdi
Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç Avropa Məhkəməsinə Avropa İttifaqının ona və iki oğluna qarşı tətbiq etdiyi sanksiya ilə bağlı iddia ilə müraciət edib. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda iyulun 14-də həmin məhkəmə instansiyası açıqlama yayıb. Digər məlumata görə, Avropa Məhkəməsinə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və onun oğlu Aleksandr da buna bənzər iddia ilə müraciət ediblər. Xatırladaq ki, martın 5-də Avropa İttifaqı dövlət vəsaitini mənimsəmə və insan haqlarını pozmağa görə 18 Ukrayna vətəndaşının aktivlərini dondurub.Sənə yar, səndən yar...Yanukoviç Avropa Məhkəməsinə şikayət etdi
Ukraynanın dördüncü prezidenti Viktor
Yanukoviç Avropa Məhkəməsinə Avropa İttifaqının ona və iki oğluna qarşı tətbiq
etdiyi sanksiya ilə bağlı iddia ilə müraciət edib. Modern.az xarici
mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda iyulun 14-də həmin məhkəmə
instansiyası açıqlama yayıb. Digər məlumata görə, Avropa Məhkəməsinə Ukraynanın
keçmiş baş naziri Nikolay Azarov və onun oğlu Aleksandr da buna bənzər iddia
ilə müraciət ediblər. Xatırladaq ki, martın 5-də Avropa İttifaqı dövlət
vəsaitini mənimsəmə və insan haqlarını pozmağa görə 18 Ukrayna vətəndaşının
aktivlərini dondurub.
14.07.2014 çap et