Vaxt.Az

“Özü 40 milyona Bodrumda ada alıb”


 

Türkiyədə çıxan “Hürriyet” qəzeti: “… Cangüdənisə adam güllələyib”

“Özü 40 milyona Bodrumda ada alıb” Türkiyənin "Hürriyet" qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub. Məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Mammadovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub.
Məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Mammadovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.
Qəzet yazır ki, İsmayıl Gənc azərbaycanlı cangüdənilərlə dalaşırmış: “Üç həftə əvvəl meydana gələn qovğada bu dəfə silahlar danışdı. İsmayıl Gənc, azərbaycanlı cangüdənlərin silahlarından çıxan güllələrlə ağır yaralandı və Bakıdakı bir xəstəxanada müalicə altına alındı. Ancaq təzyiq altındakı Azərbaycan mediası bu hadisəni xəbər edə bilmədi. Türkiyə vətəndaşı İsmayıl Gənçin aqibəti də bilinmir. Gənçin ailəsi Bakıdakı TC səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışdılar, amma nəticə ala bilmədilər. Onlar xarici işlər naziri Əhməd Davudoğluna çıxmağa çalışdılar, amma müvəffəqi ola bilmədilər. Ailəsin İsmayıl Gəncin yaşayıb-yaşamadığını, öldüsə cəsədinin harada olduğunu bilmək istəyir”.
Qəzet daha sonra yazır: “Bu arada nazir oğlu Anar Məmmədovun iki həftə “Çırağan” sarayında milyon dollarlıq bir ad günü ziyafəti verdiyi və Bodrum yaxınlarında 40 milyon dollar dəyərində bir adanı satın aldığı danışılır. Atası Azərbaycanda nəqliyyat naziri olduğunda sıravi bir universitet tələbəsi olan Anar Məmmədovun qısa müddətdə əldə etdiyi sərvət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli söz-söhbət vəsaiti halına gəldi”.
Qeyd edək ki, bu hadisə barədə Azərbaycan mətbuatının xəbər yaymamsı heç də mediaya təzyiqə görə deyil, sadəcə informasiya ictimaiyyətdən və mətbuatdan ustalıqla gizlədilib.
 





17.07.2013    çap et  çap et