Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 2 nəfər - Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər - Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər - 2 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər - ET Hematologiya və Transfuziologiya İnstitutuna və Milli Onkologiya Mərkəzinə, 11 nəfər - Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər - Respublika Klinik Xəstəxanasına, 2 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər - Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına və 1 nəfər - Şəki Perinatal Mərkəzinə göndərilib.
Həmçinin övladı Belarusda müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsə bütün müayinə və müalicənin dövlət hesabına ödənilməsi şərti ilə ölkəyə gətirilməsi məsləhət görülüb.
Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən MRX-nın rəhbərliklərinə tapşırıqlar verilib.