Məhəmməd Əmin Rəsulzadənin nəvəsi mətbuatda xəstəliyi barədə ətraflı məlumat verilməsini istəmədi: «Düşünürəm ki, xəstəliyin qabardılması etik normalara uyğun deyil».
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.
Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.