ANS PRESS-in məlumatına görə, erməni nazir tutulmuş azərbaycanlıların diversant olduğunu iddia edib. Hətta Azərbaycanın işğal edilmiş ərazisinin sakini olan azərbaycanlıları Ermənistan qanunları ilə və beynəlxalq normalarla mühakimə edəcəklər. Amma «bizim qanunlara görə onlar cinayət törədiblər» deyən nazir Kəlbəcərdə doğulmuş və hazırda Rusiyada yaşayan azərbaycanlının Ermənistana aid olmayan doğma kəndinə, atasının qəbrini ziyarət etmək üçün getdiyinə görə hansı beynəlxalq normanı pozduğunu deyə bilmir. Yəni Ermənistana aidiyyəti olmayan əraziyə getmək nə vaxtdan beynəlxalq normaların pozulması olduğu izah edilmir.
Seyran Ohanyan ermənilərin Azərbaycanın silahlanmasından narahat olması məsələsinə də toxunub. «Bütün bunlar bizi narahat edir» deyən erməni nazir yenə də əsas ümidlərini Rusiyaya bağladıqlarını bildirib.