Bu barədə QKDK-nın rəsmi saytında bildirilib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 14,14 manat olan 125 244 043 səhm buraxılıb.
İlkin yerləşdirmə qapalı rejimdə keçiriləcək.
«Bakı Metropoliteni» QSC Prezident İham Əliyevin bu ilin fevral ayında imzaladığı sərəncama uyğun olaraq Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» SC-nin təkrar strukturlaşdırılması yolu ilə yaradılıb. Səhmdar cəmiyyət bu iki strukturun hüquqi varisidir. Bundan başqa, strukturların bütün hüquqları, öhdəlikləri və əmlakı QSC-yə verilib.(ANS Press)