AzVision.az-ın məlumatına görə, nəticələr elan olunandan qısa müddət sonra TQDK-nın saytı çöküb. Belə ki, hazırda sayta daxil olmaq mümkün deyil.
Abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq imtahan nəticələrini yoxlaya bilmədiklərindən şikayətlənirlər.
Abituriyentlər həm internet, həm də SMS vasitəsilə öz ballarını öyrənməkdə çətinlik çəkdiyini bildirirlər.