Ötən il qeydə alınmış 86 852 nikah zamanı 47746-da kişinin yaşı 25-34, 58 880 qadının yaşı 18-24 olub.
Son 23 ilin statistik məlumatlarından aydın olur ki, nəinki keçən il ərzində, ümumiyyətlə, ondan əvvəlki illər ərzində də Azərbaycanda qadınların böyük əksəriyyəti 18-24, kişilər isə 25-34 yaş arasında ailə qurmağa üstünlük verirlər.
Azərbaycanda 18 yaşadək nikah bağlanma halları kişilərlə müqayisədə qadınlar arasında daha çox qeydə alınır. 2011-ci ildə ölkədə 5138, 2012-ci ildə 295, 2013-cü ildə 229 qadın 18 yaşı tamam olana qədər nikaha girib. Bu rəqəm 1990-2011-ci illər ərzində 5544-471 arasında dəyişib. Son 23 il ərzində 18 yaşadək nikah bağlayan qadınlarla bağlı ən yüksək göstərici 2008-cı ildə (5544 nikah), ən az göstərici 2013-cü ildə (229 nikah) qeydə alınıb.
Son 23 ildə kişilər arasında 18 yaşadək rəsmi nikaha daxil olma ilə bağlı ən yüksək göstəricilər 1993-cü ildə qeydə alınıb. Həmin il 56 kişi 18 yaşadək rəsmi nikaha daxil olub.