Vaxt.Az

Snayperimiz Danielyanı məhv etdi


 

Traktoru ilə özgə torpağını şumlayan erməni Əsgəranda ölüb

Snayperimiz Danielyanı məhv etdi Azərbaycan ordusunun snayperi dəqiq atəşlə işğal altındakı Əsgəran rayonunda «kənd təsərrüfatı işləri ilə məşğul olan» Qarabağ ermənisi Arvid Danielyanı məhv edib. Virtualaz.org saytı bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

Qondarma «DQR prokurorluğu»undan yayılan açıqlamada deyilir ki, insident dünən - iyulun 14-də günorta saat 14:00 radələrində baş verib. A.Danielyan sahədə traktorla işləyirmiş və aldığı güllə yarasından yerindəcə ölüb.

Erməni tərəfi snayper atəşinin Azərbaycan ordusunun postundan açıldığını bildirir.

Qeyd edək ki, Ermənistan işğalçı ordusu son vaxtlar həm təmas xətti boyu, həm də Azərbaycanla sərhəddə yaşayış məntəqələrimizi intensiv atəşə tutur, mülki şəxslər, hətta ev heyvanları hədəf alınır. Erməni güllələrindən Tovuzun Əlibəyli kəndinin üç sakini yaralanıb.

 





15.07.2014    çap et  çap et