Onun sözlərinə görə, işğalçı dövlət girovlarla münasibətdə diqqətli olmalıdır: »Əvvəla, beynəlxalq humanitar hüququn prinsipləri var. Cenevrə Konvensiyasına görə mülki əhali müdafiə olunur. Bundan başqa, girov götürülən kəlbəcərlilər öz vətənlərinə gediblər. Ona görə girovlar mühakimə oluna bilməzlər. Əgər mülki şəxs sərhədi qeyri-qanuni keçsə idi, bu başqa söhbət olardı. Bizim həmvətənlərimizin məsələsi isə fərqlidir».
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikası Prokurorluğu bir neçə gün öncə girov götürülən azərbaycanlılar - Şahbaz Quluiyev və Dilqəm Əhmədova qarşı cinayət işi açıblar. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların üzərindən döyüş silahları və mərmilər aşkar olunub. Əmliyyat zamanı öldürülən 3-cü azərbaycanlı barəsində məlumatlar dəqiqləşdirilir. Hazırda azərbaycanlı girovlar Xankəndində Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.