«Rusiya Ukraynanın şərqindəki torpaqların hesabına öz ərazisini genişləndirəcəyi təqdirdə sözlərdən hərəkətə keçmək vaxtı çatacaq». ANS PRESS-in məlumatına görə, bu sözləri Çexiya prezidenti Miloş Zeman deyib. O bildirib ki, belə bir vəziyyətdə ittifaq ölkələrinin də Ukrayna ərazisinə girməsi mümkün olacaq.
«Mən döyüş qırğısı deyiləm, lakin Ukraynanın şərqini zəbt etmə cəhdləri mənim üçün keçilməz bir səddir. O sədd keçilsə mən sülh göyərçinindən çox ciddi sanksiyalar tələb edən insana çevriləcəm» - deyə o xəbərdarlıq mesajını göndərib.
çap et