Bu gün Bakı-Quba-Rusiya sərhədi magistralında yük avtomobili qəza törədib. Hadisə yerində olan şəxslərin Lent.az-a verdiyi məlumata görə, yolun paytaxta gələn istiqamətində “Shacman” markalı yük maşını yolun ortasındakı ayırıcı əyrixətli tirlərə çırpılaraq aşıb. Qəzadan sonra yol bağlanıb və tıxac yaranıb.Hadisə yerinə yüklə dolu yük maşınını yolun hərəkət zolağından çəkmək üçün 2 kran və 1 avtoqoşqu gətirilib. Lakin kranların səyinə baxmayaraq yük maşınını qəza yerindən uzaqlaşdırmaq mümkün olmayıb. Tıxacı aradan qaldırmaq üçün yolun 1 zolağında hərəkət müvəqqəti bərpa edilsə də sonradan yol yenidən bağlanıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Kranlar yüklə dolu avtomobili hərəkət zolağından götürməyə çalışır.
Magistral yol hələ də bağlıdır.
çap et