ABŞ polisi köpək balığı (akula) ilə dolu akvariuma girən kişini həbs edib. Həbs olunana xuliqanlıq və özgə mülkünə müdaxilə ittihamı verilib. ANS PRESS-in məlumatına görə, o giriş pulunu ödəməyərək, akvarium olan binaya divardan atlanaraq keçib.Hadisə Bostonda baş verib. Yaxalandıqdan sonra məlum olub ki, 51 yaşlı kişi içkili olub. «O içərisi köpək balığı ilə dolu olan 8 metrlik akvariumun içinə atıldı» - deyə yerli prokuror köməkçisi təəccübünü gizlədə bilmir. Kişi özü heç bir zədə almadan akvariumdan çıxıb. «Xoşbəxtlikdən köpək balıqları yemlənmişdi» - deyərək prokuror ofisinin nümayəndəsi kişinin xilas olmasını başa salır.
Qeyd edək ki, bu tip akvariumlarda digər təhlükəli balıqlar da olur.
çap et