İsa Qəmbər yubiley mərasiminə dəvət olunmasına baxmayaraq gəlməyən Əli Kərimliyə eyham vurub: «Təəssüf ki, dəvətlilərin bəziləri –o cümlədən Leyla Yunus, İskəndər Həmidov, Əli Kərimli yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!».
Qeyd edək ki, Əli Kərimlinin sözügedən məclisə qatılmaması AXCP ilə Müsavat arasında qalmaqal yaradıb. Cəbhəçilər dəvət olunmamalarını əsas gətirsələr də, Müsavat onları yalan danışmaqda ittiham edib.