Vaxt.Az

Oruc tutmayan 5 ay həbs olunacaq


 

Qanuna qarşı çıxan şəxslər 2 aydan 6 aya qədər həbs olunur

Oruc tutmayan 5 ay həbs olunacaq Mərakeşdə çıxarılan bir qərar hamını heyrətə gətirib. ANS PRESS-in məlumatına görə, Mərakeşdə oruc tutmayaraq meydan və küçələrdə yemək yeyən biri görüldükdə ona 5 ay həbs cəzası veriləcək.

Ölkənin cənub hissəsində yerləşən Tiznit şəhərində Həsən B. adlı şəxs gündüz saatlarında – hamının oruc olduğu bir vaxtda əsas prospektdə yemək yeməsinə görə polis tərəfindən saxlanılıb. İşi məhkəməyə göndərilən Həsən B.-yə 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, üzrlü bir səbəb olmadıqca, ramazan ayı müddətində hansısa iaşə obyektlərində, küçədə və orucluların görə biləcəyi yerlərdə nəsə yemək Mərakeş qanunlarına əsasən qadağandır. Qanuna qarşı çıxan şəxslər haqqında 2 aydan 6 aya qədər həbs qərarı və 120 dirhəm pul cəzası göstərilir.

 





17.07.2014    çap et  çap et