- ASAN Xidmət ilk növbədə mənimlə əlaqə saxlamalı və məndən soruşmalı idi ki, sən nə demisən? Kimsə mənim adımdan söz deyəcək və onlar da buna münasibət bildirəcəklər? Mən deməmişəm ki, «ASAN xidmət»i USAİD maliyyələşdirir. Mən USAİD haqqında danışmışam və demişəm ki, USAİD daha çox hökumət yönümlü layihələrlə işləyir və hökumətin yönəltdiyi layihələri maliyyələşdirir,- deyə Mehman Əliyev AzVision.az-a bildirib.
Qeyd edək ki, «Azadlıq» qəzetinin yazdığına görə, Mehman Əliyev ASAN Xidmətin USAİD-in layihəsi olduğunu bildirib: «...Azərbaycanda «Asan xidmət» yaradılıb və insanlar bundan razıdır. Ancaq «Asan xidmət» Azərbaycan hökumətinin təşəbbüsü deyil, bu, USAİD-in qrant layihəsidir. Bu kimi nümunələr çoxdur...»
Bu sözlərdən sonra ASAN Xidmət Mehman Əliyevin üzr istəməsini tələb edib.