Vaxt.Az

Nazir kursantları təbrik etdi


 

FHN Akademiyasında məzun buraxılışı keçirilib

Nazir kursantları təbrik etdi Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının buraxılışı keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplom və leytenant poqonları təqdim edilib. Təqdimatı fövqəladə hallar naziri Kəmaləddin Heydərov edib.

Tədbirdə çıxış edən nazir məzunları və onların valideynlərini təbrik edib. Nazir kursantlara tövsiyələrini də verib: «Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz. Bu gün Azərbaycanda böyük regional layihələr reallaşdırılır. Onların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür».

Qeyd edək ki, tədbirin sonunda kursantlar təntənəli marşla keçid ediblər.

 





18.07.2014    çap et  çap et