Virtualaz.org saytının mətbuat konfransında iştirak edən müxbiri xəbər verir ki, direktor hazırda həmin xəstələrin vəziyyətinin normal olduğunu dedi.
R.Rzayev bildirdi ki, daha 24 xəstə sümük iliyinin köçürülməsi üçün növbədə gözləyir. Onlardan 10 nəfəri mərkəzə müraciət edib və həmin xəstələrə sümük iliyinin köçürülməsinin lazım olub-olmaması araşdırılır: «Elə xəstələr var ki, onların xəstəliyi ağır olduğundan sümük iliyinin köçürülməsi mümkün olmur».
Direktor qeyd etdi ki, əməliyyat belarusiyalı həkimlərin köməkliyi ilə aparılır: «Ümumiyyətlə, MDB məkanında Belarus, Ukrayna və Rusiyada sümük iliyi köçürülür. Dünya üzrə isə 16 ölkədə bu əməliyyat həyata keçirilir».
R.Rzayev bildirdi ki, Azərbaycanda 16 yaşına qədər uşaqlara sümük iliyi köçürülür.
Talassemiya Mərkəzində müraciətlərin araşdırılması üçün mərkəz yaradıldığını deyən R.Rzayev bütün müraciətlərə baxıldığını və lazım olan yardımların edildiyini söylədi.