«Biz çalışırıq ki, mümkün qədər tez beynəlxalq ekspertlər hadisə yerinə gəlsinlər və onlar dərhal «qara qutu»nu alsınlar.
«Rəsmi Kiyevin bildirdiyinə görə, biz bu yeşikləri aparmağa hazırlaşmırıq. Biz beynəlxalq cəmiyyətdə qəbul olunan normaları pozmağa hazırlaşmırıq. Bu, Beynəlxalq vətəndaş aviasiyası təşkilatının işidir. Bu, faciə zamanı zərərçəkən dövlətlərin - Niderland, Malayziya və hadisə zamanı vətəndaşları təyyarədə olmuş dövlətlərin işidir. Əlbəttə, Ukraynanın işidir», - deyə Lavrov bildirib.
***
Lavrov, həmçinin aviaqəzanın araşdırılması üçün beynəlxalq araşdırma
komissiyasının yaradılması haqqında Ukrayna prezidenti Petro Poroşenkonun
qərarını dəstəkləyib.
Rusiya XİN-in başçısı daha sonra
Ukraynanı vuracaqları ilə hədələyib. «Ukrayna əsgərləri Rusiya ərazisini atəşə
tutmağa davam edərsə, layiqli cavabını alacaq».
Lavrovun sözlərinə görə, rəsmi Moskva bu günə qədər Ukrayna tərəfdən Rusiya
ərazisinə açılan atəşləri əsgərlərin qeyri-peşəkarlığı nəticəsində və ya
təsadüfən baş verdiyini hesab edirdi.
«Lakin Ukrayna əsgərlərinin Rusiya ərazisini qəsdən atəşə tutduğu üzə çıxsa,
həmin obyekti dərhal məhv edəcəyik», - deyə Sergey Lavrov bildirib.
Qeyd edək ki, iyulun 13-də Ukrayna tərəfdən Rusiya ərazisinə 7 dəfə atəş
açılmışdı. Onlardan biri Rostov vilayətində yaşayış evinə dəymişdi. Nəticədə
bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdı. Rəsmi Moskva Kiyevdən məsələyə aydınlıq
gətirilməsini tələb etmişdi. Kiyev isə atəşin Ukrayna əsgərləri tərəfindən
açılmadığını bəyan etmişdi.