Vaxt.Az

«İki yolunuz var»


 

ABŞ-ın İrəvandakı səfirindən ermənilərə yeni Qarabağ şərti

«İki yolunuz var» Amerikanın İrəvandakı səfiri Con Heffern yerli mətbuata verdiyi müsahibədə Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün əsas şərtin Dağlıq Qarabağla əlaqəli oluğunu bildirib.

ANS PRESS-in məlumatına görə, populyar erməni portallarından olan «Lragir»ə müsahibə verən Heffern vurğulayıb ki, Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün iki yolu var. Birinci yol indiki vəziyyətdə qalmaqla Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal Azərbaycana qaytarılması və Madrid prinsipləri əsasında bundan sonrakı prosedurların yerinə yetirilməsidir. İkinci yol isə dövlətin orientasiyasında kəskin dəyişiklik edərək NATO ilə tərəfdaşlıq yolu tutmasıdır.

Amma bu məsələni gündəmə gətirən erməni şərhçilər Avrasiya İttifaqına girmək istəyən Ermənistanın ikinci variantı gerçəkləşdiriləcəyinə imkanı olacağına inanmırlar. «Ölkənin suverenliyinin itirilməsi üzündən bir tərəfdaş kimi Ermənistana qarşı güclü etibarsızlıq yaranıb»,- deyə erməni şərhçi İqor Muradyan bildirib.

Yəni Muradyanın sözlərindən belə anlaşılır ki, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları qaytararaq danışıqları davam etdirməkdən başqa yolu qalmayıb.

 





19.07.2014    çap et  çap et