Vaxt.Az

Kəlbəcərdə Azərbaycan bayrağı


 

Girovlarımızın yeni fotoları yayıldı

Kəlbəcərdə Azərbaycan bayrağı Astroloq Səbuhi Rəhimli sosial şəbəkədə Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman ermənilər tərəfindən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yeni şəkillərini yayıb. Məlumata görə, ilk şəkil 1998-ci ildə Dilqəm Əsgərovun Kəlbəcərdə dalğalandırdığı Azərbaycan bayrağı ilədir.

S.Rəhimli yazıb: «Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağını dalğalandırmaq hər kişiyə nəsib olmaz. Amma Dilqəm Əsgərov 1998-ci ildən bəri hər il bunu etdi - qorxmadan, çəkinmədən...»

Daha sonra o, Şahbaz Quliyevdən yazıb: «Bu da Kəlbəcərin iyul qarı. Yadımdadır, Şahbaz Quliyev qayıdanda ilk dəfə qurd düşmüş qar gördüyünü söyləyirdi».

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər.

Ermənilər saxlanılan təxşləri «diversant» kimi təqdim edir (ANS).

 





19.07.2014    çap et  çap et