Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq qeyd edib ki, idman ölkəsi kimi tanınan Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə ilkin olmaq vəzifəsini layiqincə yerinə yetirəcək və Oyunları yüksək səviyyədə keçirəcək. Mehriban Əliyeva oyunlara hazırlıq prosesində Fransa şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət qiymətləndirib.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə etmək üçün sentyabr ayında Bakıda Fransanın İdman, Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi barədə razılığa gəlinib.