O Donbasdakı terrorçuların Rusiya ilə sıx əlaqə olduğunu qeyd edib, çünki onlar məhz Rusiyada hazırlanaraq silahlandırılıb. «Rusiyanın terrorçulara çox güclü təsiri var. Rusiya və prezident Vladimir Putin istintaqın əngəllənməsində birbaşa məsuliyyət daşıyır», deyə Putin vurğulayıb.
Barak Obama qeyd edib ki, bu səbəbdən Rusiya və prezident V.Putin separatçıları istintaqla əməkdaşlığa məcbur etməlidir. «Bu onların edə biləcəklərinin ən azıdır. Prezident Putin hərtərəfli araşdırmanın tərəfdarı olduğunu bəyan edir, lakin bu sözlərin arxasında fəaliyyət də olmalıdır. Rusiya təkid etməlidir ki, separatçılar dəlillərlə oynamağa son qoysunlar və ekspertlərə hadisə yerinə girişini tam təmin etsinlər. Separatçılar və onların rusiyalı himayədarları ekspertlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Bu gün biz BMT-də məhz bu məsələlər üzərində çalışacağıq», deyə Obama qeyd edib.