Vaxt.Az

Erməni mer minaya düşdü


 

Armavir şəhərinin başçısı daxil olmaqla 3 nəfər ağır yaralanıb, sürücü isə ölüb

Erməni mer minaya düşdü Ermənistanın Armavir şəhərinin meri bu gün Azərbaycanın işğal altındakı ərazilərində minaya düşüb. Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, mer Ruben Xlqatyanın «Villis» markalı avtomobili işğal altındakı Laçın rayonunun şimal hissəsində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində mer yaralanıb, onun Aram adlı sürücüsü yerindəcə ölüb.

Maşındakı daha iki nəfərin ağır yaralandığı və onların Xlqatyanla birlikdə vertolyotla İrəvana aparıldığı bildirilir. Ermənistanın səhiyyə naziri yaralıların  təcili olaraq İrəvandakı «Erebuni» tibb mərkəzinə çatdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.

 





22.07.2014    çap et  çap et