Vaxt.Az

Tuneldə təhlükəli manevrlər


 

Sürücülər heç nəyi vecinə almır

Tuneldə təhlükəli manevrlər Son vaxtlar Azərbaycan mətbuatında avtobus sürücüləri tərəfindən yol verilən kobud qayda pozuntuları və bunun nəticəsində baş verən qəzalar haqqında kifayət qədər materiallar dərc olunur. Müvafiq qurumlar və Nəqliyyat Nazirliyinin həmin avtobuslarla bağlı heç bir ölçü götürməməsi bu kimi halların davam etməsinə şərait yaradır.

Bu gün «Qafqazinfo»nun əməkdaşı 24 nömrəli avtobus sürücüsü tərəfindən yolda törədilən kobud qayda pozuntusunun fotolarını lentə alıb. Hadisə Ağa Nemətulla küçəsində Heydər Əliyev prospektinin altından keçən tuneldə qeydə alınıb. Fotolardan aydın görünür ki, içi sərnişinlə dolu olan avtobus qarşı hərəkət istiqamətinə çıxaraq irəliləmək istəyib. Bu da əks istiqamətdə hərəkət edən avtomobillərin dayanmasına və tıxaca səbəb olub. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülər tərəfindən etirazla qarşılanıb. Onlar maşından düşərək avtobus sürücüsünə əsəbi etirazlarını bildiriblər. Lakin sürücü heç nəyi vecinə almadan hərəkətinə davam edib. 

Həmin fotoları «Mövzuya aid foto» bölməsində təqdim eirik.

 





22.07.2014    çap et  çap et